72 yaşlı qadını maşın vurdu,  xəstəxanada öldü
07 oktyabr 2022 22:55 (UTC +04:00)

72 yaşlı qadını maşın vurdu, xəstəxanada öldü

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobil 1950-ci il təvəllüdlü Nəhayət Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 2046
avatar

Oxşar yazılar