Manisanın Yunusemre rayonunda 83 yaşlı Ercan Özer 72 yaşlı həyat yoldaşı Əminə Özeri yatağında yatarkən boğazını kəsərək öldürüb. Hadisədən sonra Ercan Özerin nəvəsinə zəng edərək "Nənəni öldürdüm" dediyi bildirilir. Daha sonra onu polis saxlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, hadisə Topçuasım məhəlləsindəki beşmərtəbəli yaşayış binasının son mərtəbəsində səhər saatlarında baş verib.

Bir müddətdir həyat yoldaşı Əminə Özer ilə ailə problemləri yaşayan iki uşaq atası Ercan Özer, evdə yataqda yatarkən onun boğazını bıçaqla kəsib.
Kişi bundan sonra nəvəsinə xəng edərək “Nənəni öldürdüm” deyib.