9 gün əvvəl anası ilə birgə itkin düşən  uşağın meyiti tapıldı
11 noyabr 2025 17:08 (UTC +04:00)

9 gün əvvəl anası ilə birgə itkin düşən uşağın meyiti tapıldı

0

Türkiyədə itkin düşən azyaşlının meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kastamonu rayonunun Bozqurd qəsəbəsində yaşayan 5 yaşlı Osman Halvaçı 43 yaşlı anası Hüriye Halvaçı ilə birgə noyabrın 5-də evdən çıxıblar. Sonradan onlardan xəbər alınmadığı üçün barələrində itkin düşmə kimi axtarış elan olunub.

Uzun axtarışlar zamanı uşağın evdən çıxarkən əynində olan mavi jaket dronlar vasitəsilə qəsəbə ərazisindəki meşədə aşkarlanıb. Orada aparılan axtarışlar nəticəsində isə Osmanın meyiti dərədə tapılıb.

Ana Hüriyə Halvaçının axtarışları isə davam edir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar