Abşeronda avtomobilin vurduğu kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə yanvarın 14-də Saray qəsəbəsinin ərazisində qeydə alınıb.
Mehdiabad qəsəbə sakini 25 yaşlı Rəbbim Rəfayıl oğlu Feyziyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Saray qəsəbə sakini 55 yaşlı Rahil Teymur oğlu Aşurovu vurub.
Xəstəxanaya yerləşdirilən Aşurov fevralın 8-də orada ölüb.
Araşdırma aparılır.