Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 yanvar 2025 14:06 (UTC +04:00)

Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov və xadimə Nəzakət Paşayeva barışıblar.

Lent.az-ın hadisə yerində olan əməkdaşı Orxan Rasifoğlu xəbər verir ki, tərəflər barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər. 

Xalq artisti Lent.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:

"Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır".

Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.

“MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:

"Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25421

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14