Ağcabədidə 84 yaşlı sürücü qəzada öldü
10 may 2024 10:08 (UTC +04:00)

Ağcabədidə 84 yaşlı sürücü qəzada öldü

0

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Ağcabədi şəhəri Hindarx qəsəbəsinin mərkəzində baş verib. 33 yaşlı Mirzayev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı avtomobillə 84 yaşlı Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə T. Quliyev aldığı xəsarətlərdən Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4409

Oxşar yazılar