Ağcabədidə 87 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, Ağcabədi şəhər sakini, 1938-ci il təvəllüdlü Əlihüseyn Alməmməd oğlu Hüseynov yaşadığı evdə yıxılıb. Baş nahiyəsindən xəsarət alan kişi yerindəcə ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.