Ağdamda toyda rəqs DAVASI:  dayıya cinayət işi  açıldı
06 avqust 2026 17:00 (UTC +04:00)

Ağdamda toyda rəqs DAVASI: dayıya cinayət işi açıldı

0

Ağdamda toyda dava olub.

Lent.az xəbər verir ki, hadisə Evoğlu kəndində qeydə alınıb.

İttiham aktına görə, 34 yaşlı Surxay Məmmədov (şərti adla) bacısı qızının toyunda münaqişəyə səbəb olub. Belə ki, qonaqlardan biri Azər (şərti adla) içkili halda rəqs etmək istəyib. Surxay da ona bir az gözləməyini deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və Surxay toy mağarının arxasında zərərçəkənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.

Bu əməlinə görə Surxay Məmmədov saxlanılaraq, barəsində cinayət işi açılıb.

O, ifadəsində bildirib ki, rəqs etmək istəyən Azərə bir az gözləməyini deyəndən sonra qardaşı Babək də (şərti adla) sərxoş halda toyxanaya gəlib və mübahisə yaranıb. Surxayın sözlərinə görə, toy mağarının arxasında Babək söyüş söydüyü üçün onu vurub.

O, əməlindən peşman olduğunu deyərək, məhkəmədən ona köməklik göstərilməsini istəyib.

Zərərçəkən şəxs də həmçinin Surxayla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Surxay Məmmədov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar