Ağdaşda qəzada xəsarət alan digər sərnişin də ölüb.
Lent.az-ın məlumatına görə, “VAZ-2106” markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən 41 yaşlı Ramil Həsənovu xilas etmək mümkün olmayıb.
***
3 iyun, saat: 09:22
Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, bu gün saat 00 radələrində rayon ərazisindəqeydə alınıb.
Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, qardaşı 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.