Ağstafada müəllim işdə ölüb.
Lent.az xəbər verir ki, hadisə Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzində qeydə alınıb.
Burada musiqi müəllimi kimi çalışan 41 yaşlı Hüseynova Günel Saqif qızı işdə olarkən qəfil səhhəti pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, mərhum ürək xəstəsi olub. Meyitin üzərində xəsarət izləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.