Ağsuda ƏMƏLİYYAT:  Bakıya 9 kilo narkotik  gətirən TUTULDU - VİDEO
17 fevral 2026 09:56 (UTC +04:00)

Ağsuda ƏMƏLİYYAT: Bakıya 9 kilo narkotik gətirən TUTULDU - VİDEO

0

Ağsuda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar