Ağsuda "Mercedes" aşdı, sürücü öldü
02 mart 2024 09:42 (UTC +04:00)

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü, 33 yaşlı Məlikov Vüsal Güloğlan oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.

# 2217
avatar

Mehman Nəbiyev

Oxşar yazılar