Alfons kişi sevgilisindən 800 minlik oğurluq etdi
08 sentyabr 2023 14:30 (UTC +04:00)

Alfons kişi sevgilisindən 800 minlik oğurluq etdi

Çelyabinskdə bir həftəlik tanışlıqdan sonra alfons sevgilisinin mənzilindən 800 min rubl (təxminən 13 min 840 manat) dəyərində əmlak oğurlayıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, gənclər sosial şəbəkələrdə tanış olublar və bir-iki görüşdən sonra kişi yeni sevgilisinin mənzilinə köçüb. Qız 7 gün sonra sevgilisinin alfons olduğunu bilib. Bu zaman isə kişi qızın mənzilindən alətlər, qızıl-zinət əşyaları və paltar oğurlayıb, sonra isə qaçıb. Zərərin məbləği 800 min rubl (təxminən 13 min 840 manat) məbləğində qiymətləndirilir.

Polis alfons kişini Yekaterinburqdakı otellərdən birində saxlayıb. Onun Krasnoyarsk diyarı və Kemerovo vilayətində oxşar cinayətlərə görə federal axtarışda olduğu məlum olub.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin “a” və “c” bəndləri ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2590

Oxşar yazılar