Altı nəfərlik ailə maşın alandan bir neçə dəqiqə sonra  qəzada həlak oldu
19 iyun 2026 13:27 (UTC +04:00)

Altı nəfərlik ailə maşın alandan bir neçə dəqiqə sonra qəzada həlak oldu

0

Malayziyada altı nəfərdən ibarət ailə yeni avtomobil aldıqdan cəmi bir neçə dəqiqə sonra baş verən yol-nəqliyyat hadisəsində həlak olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ailə yeni yolsuzluq avtomobilini avtosalondan təhvil aldıqdan sonra qohumlarının məzarını ziyarət etmək üçün qəbiristanlığa yollanıb. Səfərdən əvvəl onlar uzun müddətdir gözlədikləri yeni avtomobillərinin qarşısında xatirə şəkilləri də çəkdiriblər.

İlkin məlumata görə, yolsuzluq avtomobili yolun düz hissəsində qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə üz-üzə toqquşub.

Qəza nəticəsində avtomobildə olan altı nəfər, o cümlədən iki aylıq körpə və yeddi yaşlı uşaq həyatını itirib. Yeganə sağ qalan üç yaşlı qız uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər ağır zədələnmiş avtomobildə sıxılmış vəziyyətdə qalan insanları çıxarmaq üçün xüsusi hidravlik avadanlıqdan istifadə ediblər.

Polisin məlumatına görə, yük maşınının sürücüsü saxlanılıb və qəzanın başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar