Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
19 aprel 2024 16:11 (UTC +04:00)

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs edilib. 

Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib. 

# 3849
avatar

Oxşar yazılar