Astarada itkin düşən balıqçılar helikopterlə  axtarılır - VİDEO
11 dekabr 2025 15:22 (UTC +04:00)

Astarada itkin düşən balıqçılar helikopterlə axtarılır - VİDEO

0

Xəbər verdiyimiz kimi, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında iki balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 26 yaşlı Həsənov Ağadədə Famil oğlu və 28 yaşlı Həsənov Turan Eyvaz oğlunun, həmçinin bu il sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 33 yaşlı Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar