Samuxda minik maşın eşşək arabası toqquşub, 2 nəfər ağır xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Füzuli kəndi ərazində qeydə alınıb.
Qadın sürücünün idarə etdiyi "Nissan " markalı minik avtomobili hərəkətdə olan zaman eşşək arabasına çırpılıb. Nəticədə arabada olan 1980-ci il təvəllüdlü Ə.Ələkbərova və 2006-cı il təvəllüdü M.Verdiyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, durumları orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu