Gömrük postunda tapılan məhsullar
02 fevral 2022 18:56 (UTC +04:00)

Gömrük postunda tapılan məhsullar

Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alındı - FOTO

Külli miqdarda məhsulun Azərbaycana qanunsuz gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz , 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi(ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 1236
avatar

Mehman Nəbiyev

Oxşar yazılar