Azərbaycanda 3 nəfər dəm qazından boğularaq ölüb.
Lent.az xəbər verir ki, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Qalib Adil oğlu Mirzəyev, Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Rafayel Mirzə oğlu Hüseynov və Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Mansır Behbud oğlu Bayramov yaşadıqları evlərin hamam otaqlarında ölüblər. Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.
Bundan başqa, Gədəbəy şəhər sakini 2025-ci il təvəllüdlü Əsma Orxan qızı Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədovanın vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.