Biləsuvarda 56 yaşlı kişi bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Əslən Yardımlı rayonundan olan Balahəsən Ağahüseyn oğlu Ağayev kəsici-deşici alətdən xəsarət alma diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib.
Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, ona qarın divarının açıq yarası diaqnozu təyin edilib.
Hazırda pasiyent üzərində əməliyyat icra olunub. Vəziyyəti stabil qiymətləndirilir.
Hadisənin baş vermə səbəblərinə gəlincə, aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev