Türkiyəli müğənni və aparıcı Seda Sayan həyat yolu və keçmişi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, uğura asan yolla çatmadığını və çətin şəraitdə böyüdüyünü söyləyib.
Seda Sayan qeyd edib ki, o, imkanlı ailədə doğulmayıb və uşaqlıq illəri kasıb şəraitdə keçib. “Gecekondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam” deyə o vurğulayıb.
Müğənni bildirib ki, bu gün əldə etdiyi uğurlar uzun illərin zəhmətinin nəticəsidir. O, həyatında heç nəyin asan olmadığını və hər şeyə çalışaraq nail olduğunu deyib.

Seda Sayan həmçinin əlavə edib ki, insanların onu hazırkı vəziyyəti ilə qiymətləndirməsi düzgün deyil. Onun sözlərinə görə, keçmişdə yaşadığı çətinliklər onu daha güclü edib və bu günkü uğurlarına zəmin yaradıb.