Gəncədə kişi arvadını  bıçaqladı - YENİLƏNİB
04 may 2026 10:41 (UTC +04:00)

Gəncədə kişi arvadını bıçaqladı - YENİLƏNİB

1

Gəncədə arvadını bıçaqlayan kişi tutulub.

Lent.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 00:34

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdü Səma Hətəmli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 845

Oxşar yazılar