Lənkəranda kişi həmkəndlisini bıçaqladı
03 may 2026 23:00 (UTC +04:00)

Lənkəranda kişi həmkəndlisini bıçaqladı

0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində baş verib.

Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini 42 yaşlı Eldəniz Hüseynov, 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

S. Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və o əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar