Azərbaycanda  AĞIR QƏZA:   Ölənlər var
25 iyun 2022 10:55 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: Ölənlər var

Balakəndə ölümlə nəticələnən ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 25-də saat 1 radələrində Balakən rayonu, Talalar kəndi ərazisində qeydə alınıb.

E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2862
avatar

Mehman Nəbiyev

Oxşar yazılar