Azərbaycanda aliment borcunu  ödəməyən ataya AĞIR CƏZA
30 iyul 2026 15:25 (UTC +04:00)

Azərbaycanda aliment borcunu ödəməyən ataya AĞIR CƏZA

0

İmişlidə illərdir aliment borcunu ödəməyən ata həbs edilib.

Lent.az xəbər verir ki, rayon sakini olan 36 yaşlı İman Quliyev (şərti adla) 5 il ərzində yığılmış aliment borcunu ödəməyərək, məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur.

İttiham aktına görə, İman Quliyev 2020-ci ildə həyat yoldaşından rəsmi şəkildə ayrılıb. Bundan sonra məhkəmə ona iki övladına hər biri üçün ayda 170 manat olmaqla, aylıq 340 manat ödəməyi tapşırıb. Lakin İman Quliyev bu tapşırığı yerinə yetirməyib. Nəticədə 2025-ci ilədək 18 min manatdan artıq aliment borcu yığılıb. Onun zərərçəkən keçmiş yoldaşının şikayəti əsasında İman haqqında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aliment borcunu ödəmədiyi üçün indiyədək 2 dəfə 15 günlük həbs edilib. Bir dəfə də 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Həmçinin ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulub. Lakin bunlara baxmayaraq, borcu ödəməyib. Hazırda Bakıda tikinti gedən binalarda usta kimi işləyir.

Zərərçəkən qadın isə keçmiş ərinin aylıq kifayət qədər pul qazandığını, həmin vəsaiti də istirahət və əyləncələrinə xərclədiyini bildirib. O, məhkəmədən bütün aliment borcunun ödənilməsini, yaxud İman Quliyev barəsində qanuni tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə İman Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar