Azərbaycanda axtarışda olan  SİLAH OĞURLADI
12 mart 2022 15:51 (UTC +04:00)

Azərbaycanda axtarışda olan SİLAH OĞURLADI

Goranboyda evdən silah oğurlayan saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Goranboy rayonu ərazisindəki evlərin birindən müvafiq sənədləri olan “Hatsan” markalı ov tüfəngi oğurlanıb.

Gəncə şəhər Nizami rayon Polis İdarəsi və Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən B.Vəliyev saxlanılıb. Ətrafında aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olması da müəyyən edilib.

# 1491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar