Azərbaycanda borclu kimi axtarılan  65 nəfər saxlanıldı
11 iyul 2026 10:03 (UTC +04:00)

Azərbaycanda borclu kimi axtarılan 65 nəfər saxlanıldı

0

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

⁠⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar