"Real"ın oyunçusu  itinə görə   məhkəmə qarşısına çıxacaq
18 oktyabr 2026 09:35 (UTC +04:00)

"Real"ın oyunçusu itinə görə məhkəmə qarşısına çıxacaq

0

"Real"ın futbolçusu Mendi itinin yeniyetməyə hücumuna görə məhkəmə qarşısına çıxacaq

Madrid məhkəməsi "Real"ın futbolçusu Ferlan Mendinin itlərindən birinin yetkinlik yaşına çatmayan uşağa hücumu ilə bağlı məhkəmə prosesi təyin edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə iclası dekabrın 21-də keçiriləcək. Prokurorluq 1200 avro cərimə və zərərçəkənlərə ümumilikdə 5700 avro təzminat ödənilməsi barədə qərar tələb edir.

İttiham tərəfinin sözlərinə görə, Mendi heyvanlara lazımi nəzarəti təmin etməyib və avtomobil içəri girdikdən sonra darvazaların bağlanıb-bağlanmadığını yoxlamayıb. Prokurorluq itlərin mikroçip taxılmadığını, məcburi sığortasının olmadığını və quduzluğa qarşı peyvənd olunmadığını da iddia edir.

Mənbənin məlumatına görə, hadisə 2023-cü il yanvarın 4-də futbolçunun dörd iti onun evindən qaçarkən baş verib. Prokurorluğun məlumatına görə, itlərdən biri it gəzdirən qadına hücum edib. Aldığı xəsarətlərə görə it sonradan evtanaziya edilməli olub.

17 yaşlı oğlan, Mendinin iti qadının sol ayağını dişlədikdən sonra qadının köməyinə gəlib. Ona tikiş qoyulub və sağalması 30 gün çəkib. Oğlanın gəzdirdiyi itin də əməliyyata ehtiyacı olub.

Mendinin 31 yaşı var. O, 2019-cu ilin yayında Fransanın "Lion" klubundan "Real"a keçib. Müdafiəçi zədə səbəbindən bu mövsüm oyunlarda iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar