Almaniya Bundesliqasının VI turunda "Bavariya" doğma meydanda "Leypziq"i 6:1 hesabı ilə məğlub edib.
Lent.az xəbər verir ki, görüşdə hesabı 12-ci dəqiqədə Luis Dias açıb. 26-cı dəqiqədə Aleksandar Pavloviç fərqi artırıb. Maykl Olise isə 34-cü dəqiqədə "Bavariya"nın üçüncü qolunu vurub.
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə Dias dublunu rəsmiləşdirib. Harri Keyn 53-cü dəqiqədə fərqlənərək hesabı 5:0-a çatdırıb. Luis Dias 69-cu dəqiqədə daha bir qol vuraraq het-trik edib. Qonaqların yeganə qoluna isə 90+1-ci dəqiqədə Andriya Maksimoviç imza atıb.
Bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran "Bavariya" Bundesliqanın turnir cədvəlində liderliyə yüksəlib. "Leypziq" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.