Naxçıvanda zəncirvari qəza, xəsarət alanlar var
18 oktyabr 2026 20:29 (UTC +04:00)

Naxçıvanda zəncirvari qəza, xəsarət alanlar var

0

 

Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində baş verib.

Belə ki, "Hyundai", "Audi" və 2 "KİA" markalı avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar – 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar