Azərbaycanda DƏHŞƏT:  Ata qızını "kislota" ilə yandırdı
27 sentyabr 2022 17:00 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: Ata qızını "kislota" ilə yandırdı

Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb. 

Bu barədə Lent.az-a zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə "kislota" atıb.

E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:

“Bu məsələ 3 ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə etdi. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son 3 ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə, dünən səhər saat 9 radələrində yoldaşımın üzünə “kislota” tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər. 

Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar”.

Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:

“Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir”.

E.Əhmədov onu bildirilib ki, qayınatası və qayınanasından şikayətçidir:

“Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyir. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. 3 ildir ki, evimizi bizdən almaq istəyirlər”. 
 

# 6945
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda binada maşın saxlamağa görə dava düşdü

Bakıda binada maşın saxlamağa görə dava düşdü

7 dekabr 2022 , 03:28
İmişlidə qəza: Piyada xəstəxanada  öldü

İmişlidə qəza: Piyada xəstəxanada öldü

7 dekabr 2022 , 00:45
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

6 dekabr 2022 , 22:40
FHN Bakıdakı bu mağazanın  fəaliyyətini dayandırdı   - SƏBƏB

FHN Bakıdakı bu mağazanın fəaliyyətini dayandırdı - SƏBƏB

6 dekabr 2022 , 19:32
İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı:  Özünü görün harada asdı?

İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı: Özünü görün harada asdı?

6 dekabr 2022 , 19:27
Türkiyə parlamentində DAVA:  Yaralanan var  - VİDEO

Türkiyə parlamentində DAVA: Yaralanan var - VİDEO

6 dekabr 2022 , 19:18
Bakıda gəlinə hədə-qorxu gəlib  ZORLADILAR

Bakıda gəlinə hədə-qorxu gəlib ZORLADILAR

6 dekabr 2022 , 18:29
DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB

DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

6 dekabr 2022 , 18:15