Azərbaycanda kursant  xərçəngdən öldü  - YENİLƏNİB
13 aprel 2022 18:19 (UTC +04:00)

Azərbaycanda kursant xərçəngdən öldü - YENİLƏNİB

Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Hərbi prokurorluqdan Lent.az-a verilən məlumata görə, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

***

17:46

Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı vəfat edib.

DSX-nın mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, akademiyanın 4-cü kursunda təhsil alan, 21 yaşlı kursant Nağıyev Murad Müslüm oğlu aprelin 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Həkimlərin zəruri müalicə tədbirləri görməsinə  baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

# 3930
avatar

Mehman Nəbiyev

Oxşar yazılar