Azərbaycanda məhkum mağazanı qarət etdi - FOTO
10 iyun 2022 19:14 (UTC +04:00)

Azərbaycanda məhkum mağazanı qarət etdi - FOTO

Qaxda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü və oğurluq edən elektron qolbaq daşıyıcısı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Balakən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Qurban Nabatlı Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət qaydasında tutulub. Yoxlama zamanı onun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən Q.Nabatlının marixuana istifadə etdiyi sübuta yetirilib. Özü ilə bərabər digər hərəkət iştirakçılarının, eləcə də daşıdığı sərnişinlərin sağlamlığını təhlükə altına atan həmin şəxs barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Q. Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.

Qax şəhəri ərazisində yerləşən mağazaların birindən tütün məmulatlarının oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində isə hadisəni törədən Balakən rayon sakini, əvvəllər də məhkum olunmuş Elnur Tağıyev saxlanılıb. 

Qeyd edək ki, E.Tağıyev bir müddət öncə də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2384

Oxşar yazılar

Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46