Azərbaycanda taksi sürücüsü soydular, özü də qadın müştəri -FOTO
17 fevral 2023 09:23 (UTC +04:00)

Azərbaycanda taksi sürücüsü soydular, özü də qadın müştəri -FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi  istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.

Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə keçirilən növbəti əməliyyatlar zamanı isə daha 7 nəfər-Yaqub Əliyev, Aqşin Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və Ümid Məmmədovlar saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31