Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb? - RƏSMİ AÇIQLAMA
30 iyun 2022 18:03 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb? - RƏSMİ AÇIQLAMA

Lerikdə məktəbli qızın ərə verilməsi barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, iddialara görə, Lerikdə orta məktəbdə oxuyan 17 yaşı hələ tamam olmayan qız Sadiq Mirzəzadə adlı oğlana ərə verilib. Toy mərasimi iyunun 25-də baş tutub.

Məlumata görə, S. Mirzəzadə şəhər bələdiyyəsinin sədri Balaşirin Nəsirovun oğludur. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məsələ ilə bağlı Lent.az-a bildirilib ki, həmin iddiaların heç bir əsası yoxdur: 

“Belə ki, sözügedən toy mərasiminin baş tutduğu zaman daxil olan məlumat əsasında həmin xanımın yetkinlik yaşına çatıb-çatmaması araşdırılıb. Müəyyən edilib ki, onun 18 yaşı toydan bir neçə gün əvvəl tamam olub və o, tam orta təhsili başa vurub”.

# 3531
avatar

Mehman Nəbiyev

Oxşar yazılar