Azərbaycandan qaçan pakistanlı ailə SELƏ DÜŞDÜ
30 may 2025 12:15 (UTC +04:00)

Azərbaycandan qaçan pakistanlı ailə SELƏ DÜŞDÜ

Azərbaycan sərhədində əcnəbilər selə düşüb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, mayın 25-də saat 22:20-də “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub. Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılıb, Rusiya Federasiyasının sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər keçirilib, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.

Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları – 50 yaşlı Begüm Raqia, 34 yaşlı Ahmed Suleyman, 25 yaşlı Sumera Süleyman Ahmed, 4 yaşlı Suleman Muhammed Sultan, 3 yaşlı Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib. Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3548

Oxşar yazılar

FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə   xəstəxanada öldü

Müayinəyə gələn hamilə xəstəxanada öldü

21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ

21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

21 avqust 2025 , 10:35