Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi - ÖZƏL  - FOTO
09 mart 2022 18:05 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi - ÖZƏL - FOTO

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Tələt Əliyev

# 13626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar