Rusiyanın paytaxtı Moskvada yerləşən, azərbaycanlı milyarderlərə məxsus "Sadovod" geyim bazarında güclü yanğın baş verib. Hadisə yerindən çəkilən görüntülər yoldan keçən sürücülər tərəfindən lentə alınıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, "Sadovod" bazarında güclü yanğın genişlənməkdə davam edir.
Sosial şəbəkələrdə yayılan kadrlarda bazarın korpusları üzərindən qalxan sıx tüstü buludları görünüb.
Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz uçuş aparatlarından (PUA) biri "Sadovod" ticarət mərkəzinin ərazisinə düşüb. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, “Sadavod” bazarı azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah Liliyevə məxsusdur.
