Hadisə yeri
28 iyun 2022 09:46 (UTC +04:00)

Hadisə yeri

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi, ölən var

Türkiyədə azərbaycanlı sürücünün iştirakı ilə qəza baş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Arifiye qəsəbəsində qeydə alınıb. Rəhman Abbasovun idarə etdiyi TIR Hüseyn Yazarın idarə etdiyi TIR-la toqquşub. Daha sonra arxadan gələn minik avtomobili TIR-a çırpılıb. Nəticədə minik avtomobilində olan bir nəfər dünyasını dəyişib, sürücülə isə bədən xəsarətləri ilə xəstəxanay yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar