Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Məlumata görə, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri – 1993-cü il təvəllüdlü Mirəli Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov