Bakı-Şamaxı yolunda iki maşın toqquşdu: yaralılar var
11 may 2021 12:01 (UTC +04:00)

Bakı-Şamaxı yolunda iki maşın toqquşdu: yaralılar var

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 90-HV-905 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn 90-BB-478 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 11 yaşlı Namazlı Rəvan Siyavuş oğlu, 36 yaşlı Mikayılov Anar Əfsər oğlu və 38 yaşlı Namazov Siyavuş İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

# 1953
avatar

Oxşar yazılar