Bakıda avtobus zolağına girən sürücü həbs olundu
10 fevral 2026 13:38 (UTC +04:00)

Bakıda avtobus zolağına girən sürücü həbs olundu

0

Bakıda avtomobili avtobus zolağı ilə sürüb polisə tabe olmayan sürücü həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektindəki yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

54 yaşlı sürücü avtomobili avtobus zolağında hərəkət etdirdiyi üçün ona “saxla” əmri verilib. Lakin o, buna məhəl qoymayıb və digər nəqliyyat vasitələri, eləcə də piyadalara təhlükə törədərək hərəkətə davam edib. Daha sonra o, ara küçələrə daxil olub və digər patrul avtomobillərinin köməyilə 10 dəqiqəlik təqibdən sonra saxlanılıb.

Məlum olub ki, 54 yaşlı şəxsin sürücülük vəsiqəsi də yox imiş. Saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar