Akvariumda saxladığı pirani balığı   sahibinin əlini parçaladı
06 noyabr 2026 06:05 (UTC +04:00)

Akvariumda saxladığı pirani balığı sahibinin əlini parçaladı

0

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda Mehmet Dəmir adlı şəxsin akvariumda saxladığı pirani balıqları onun əlini dişləyərək ciddi xəsarət yetirib.

Lent.az xəbər verir ki, Dəmir balıqları başqa akvariuma köçürmək istəyərkən onları əli ilə götürməyə çalışıb.

Bu zaman balıqlardan biri onun ovcundan dişləyərək böyük bir tiklə ət qoparıb.

Yaralı şəxs dərhal xəstəxanaya aparılıb və ona tibbi müdaxilə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar