Azərbaycanlı qardaşları öldürən saxlanıldı - YENİLƏNİB
06 noyabr 2026 09:47 (UTC +04:00)

Azərbaycanlı qardaşları öldürən saxlanıldı - YENİLƏNİB

1

Ötən gün Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndidə iki azərbaycanlı qardaşı qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, noyabrın 5-də təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlər nəticəsində ölüb. Polis cinayət zamanı istifadə olunan silahı maddi sübut kimi müsadirə edib.

Faktla bağlı iki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Silahlı insident zamanı sağ qalmış, qətlə yetirilmiş şəxslərin qardaşı Elman Usubov yerli mediaya bildirib ki, o, avtomobilin arxasında gizlənərək xilas ola bilib, qardaşları isə qəsdən silahla qətlə yetirilib. O, hadisənin səbəbi ilə bağlı suala dəqiq cavab verə bilməyib.

***
5 noyabr, saat: 21:46

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib.

Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb. 

Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar.

İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.

Qətlin dəqiq səbəbi hələ məlum olmasa da, ehtimal olunan motivlər arasında qisas və uzun illərdir davam edən münaqişə nəzərdən keçirilir.

Qeyri-rəsmi məlumatlara görə, polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ açıqlama yaymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1694

Oxşar yazılar