Yasda gülüş üstündə xalası oğlunu bıçaqlayana HÖKM OXUNDU
06 noyabr 2026 10:38 (UTC +04:00)

Yasda gülüş üstündə xalası oğlunu bıçaqlayana HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Səid Babazadənin 1 il, 6 ay sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəzaya məhkum olunması barədə hökm edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Səid Babazadənin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə bu il martın 27-də Sabunçu rayonu ərazisində baş verib. 

Belə ki, 27 mart 2026-cı il tarixdə Səid Babazadə xalası oğlu olan Elşad Bayramovla birlikdə yas mərasimində iştirak ediblər. Gənclərlə söhbət zamanı Səid Babazadənin güldüyünü görən Elşad Bayramov ona irad bildirib. Bundan sonra aralarında yaranan mübahisə zamanı S. Babazadə E. Bayramovun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib. 

Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar