Bakıda civə satanlar tutuldu - VİDEO
13 iyul 2026 13:24 (UTC +04:00)

Bakıda civə satanlar tutuldu - VİDEO

0

Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıb.

Lent.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Şöbəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar