Bakıda DƏHŞƏT:  İkisi qardaş olmaqla 4 nəfər   dənizdə batdı - YENİLƏNİB
22 iyun 2026 15:25 (UTC +04:00)

Bakıda DƏHŞƏT: İkisi qardaş olmaqla 4 nəfər dənizdə batdı - YENİLƏNİB

2

Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.

Dənizdə batan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu qardaşlardır.

***

saat 15:12

Xəzərdə 4 nəfər batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1040

Oxşar yazılar