Eyvanda manqal kefi,  bütün bina ayağa qalxdı
22 iyun 2026 13:07 (UTC +04:00)

Eyvanda manqal kefi, bütün bina ayağa qalxdı

0

Türkiyənin Bursa şəhərində yaşayış binasında ailələrdən birinin eyvanda manqal yandırması qonşular arasında gərginliyə səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, manqaldan çıxan sıx tüstü yuxarı mərtəbələrə yayıldıqdan sonra bina sakinləri arasında mübahisə başlayıb.

Hadisə zamanı müxtəlif mərtəbələrdə yaşayan qonşular eyvanlara çıxaraq bir-birilərinə etiraz ediblər. Qarşılıqlı irad və söz atışmaları nəticəsində binada qısa müddətli gərginlik yaşanıb.

Yaşananlar ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Kadrlarda bina sakinlərinin eyvanlardan bir-birinə səsləndiyi, manqal tüstüsünə görə yaranan narazılığın getdikcə böyüdüyü görünür.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti "Mədəniyyət həqiqətən başqa məsələdir" şərhini yazaraq eyvanda manqal yandırılmasının qonşulara hörmətsizlik olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar