Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Təbriz Ağalarov müəyyən olunaraq saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, o, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərin şüşələrini sındıraraq salonlarından pul və digər qiymətli əşyalar oğurlayıb.
T.Ağalarovun həmçin moped, bir evdən isə elektrik naqilləri, işıqlandırma avadanlıqları və təmir alətləri oğurladığı məlum olub.
Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.