Bakıda DƏHŞƏT:  Ana oğlunun zəncirlə asılmış meyitini tapdı
11 mart 2024 11:02 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Ana oğlunun zəncirlə asılmış meyitini tapdı

0

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Elvin Cəbrayıl oğlu yaşadığı evin həyətindəki yarımtikilidə zəncirlə özünü asıb.

Onun asılmış meyitini anası tapıb. Ana bu mənzərədən çox böyük stress keçirib.

İntiharın səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6124

Oxşar yazılar